Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Cəlilabad və Yardımlı rayonlarında vətəndaşları qəbul ediblər



Newscenter.az. 29.10.2019. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Newscenter.az xəbər verir ki, vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq, oktyabrın 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəlilabad, Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Yardımlı rayonunda vətəndaşları qəbul ediblər.

Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Qırxa yaxın vətəndaşın iştirak etdiyi qəbullar zamanı müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və sair məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mehman
Xəbəri paylaş