Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtobus sürücüsü işləmək istəyənlər üçün əla fürsət



Newscenter.az.30.10.2019. Paytaxtın avtobus parkının yenilənməsi məqsədi ilə alınan 300 ədəd avtobusu idarə edəcək sürücülərin komplektləşdirilməsi işləri davam edir.

Bakı Nəqliyyat Agentliyindən Newscenter.az-a bildirilib ki, bu avtobusları idarə etmək üçün peşəkar sürücülərə ehtiyac var. Bunu nəzərə alaraq bir daha Bakı Nəqliyyat Agentliyi "BakuBus" MMC sürücü vəzifəsinə işə qəbulla bağlı elan verib.

İşə qəbul üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi və ictimai nəqliyyatda sərnişindaşıma sahəsində təcrübəsi olan sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Məlumat üçün qeyd edək ki, müraciət edən namizədlər üçün Sürücü Təlim Mərkəzində təlimlər keçirilir. Hazırda da davam etməkdə olan təlimlərdə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçirilir. Praktiki təlimlər yeni alınan BMC Procity 12 metrə CNG avtobusları cəlb edilib.

Anar
Xəbəri paylaş