Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzMIU-da Milan Dizayn Film Festivalının açılış mərasimi olub



Newscenter.az.30.10.2019. İtaliyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milan Dizayn Film Festivalının təqdimat mərasimi keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, açılış mərasimində İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini, səfirliyin əməkdaşları, İtaliyadan gələn qonaqlar, festivalın təşkilatçıları iştirak edib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açılış nitqində İtaliyanın ölkəmizdəki səfiri və xanımını, tədbir iştirakçılarını və digər qonaqları salamlayıb. Rektor xüsusi vurğulayıb ki, İtaliya səfriliyi çoxşaxəli fəaliyyətində ölkələrimizin ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin qurulmasına önəm verir, bu istiqamətində görülən işlərdə AzMİU-nu daim diqqət mərkəzində saxlayır, İtaliya universitetləri ilə əməkdaşlıq məsələsində bizə yardımçı olur. “Səfirliyin dəstəyi ilə Milan Politexnik Universiteti ilə işgüzar əməkdaşlıq qurmuşuq, Universitetdə Azərbaycan İtaliya Dizayn Mərkəzi açmışıq, itayan dili kursları fəaliyyət göstərir, tələbələrimiz burda italyan dili öyrənir. Hazırda Milan Politexnik Universiteti ilə ikili diplom layihəsi üzərində çalışırıq”. Rektor Milan Dizayn Film FestivalınınAzərbaycanda, məhz AzMİU-da keçirilməsini yüksək dəyərləndirib, festivalın təşkilatçılarına təşəkkür edib.

İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massarini əməkdaşlığın çərçivələrinin genişlənməsini alqışlayıb, Milan Dizayn Film Festivalının AZMİU-da keçirilməsiniölkələrimiz arasında körpü rolunu olacağını qeyd edib. O, bu festivalın dizayn ixtisasında oxuyan tələbələrin bilik və bacarıqlarının möhkəmlənməsinə, inkişafına böyük kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Festivalın kuratoru doktor Silviya Robertazzi çıxışında qeyd edib ki, Milano Dizayn Film Festivalı memar, dizaynerlərdən ibarət peşəkarlarla dialoq qurmaq üçün innovativ və effektiv bacarıq və məzmun keyfiyyəti ilə xarakterizə olunan informasiya platforması, görüş yeri, eksperiment və bacarıqları təkmilləşdirmək üçün bir yerdir.Festivalın keçirilməsində məqsəd İtalyan mədəniyyətini və həyat tərzini, interyer, şəhər, moda və memarlıq dizaynı da daxil olmaqla İtaliyada kəşf edilib reallaşdırılan sənaye dizaynının bütün formalarını özündə əks etdirən filmləri festivala ev sahibliyi edən ölkənin peşəkarları ilə paylaşmaqdır.

Məlumat üçün qeyd edək ki, illik tədbir oktyabr ayında Milan şəhərində keçirilir, lakin bu il festival ilk dəfə Bakıda, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə AzMİU-da keçirilir. Festival noyabrın 1-nə qədər davam edəcək.
Xəbəri paylaş