Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsi BTİ-nin Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə seçilib



Newscenter.az.30.10.2019. Misirin Şarm-əl-Şeyx şəhərində Ümumdünya Radiorabitə Konfransının açılışı olub.

Newscenter.az xəbər verir ki, tədbiri Misir Prezidenti Əbdül Fəttah Əl-Sisi açıq elan edib. Sonra BMT-nin baş katibi Antonio Quterresin konfrans iştirakçılarına ünvanladığı video müraciəti yayımlanıb. Konfrans 4 ildən bir keçirilən yüksək səviyyəli tədbirdir.

Sözügedən tədbirlər çərçivəsində radiorabitə sahəsi üzrə yeni texnologiyalar, o cümlədən 2020-ci ildən geniş tətbiqi nəzərdə tutulan 5G texnologiyasına radiotezliklərin ayrılması, müxtəlif sahələrdə tətbiq olunacaq innovativ radiotexnologiyalar üçün radiotezliklərin müəyyənləşdirilməsi və onların tətbiqi zamanı qarşılıqlı maneə təsirlərinin yaranmaması üçün ölkələr arasında koordinasiya şərtlərinin müəyyən edilməsi və digər aidiyyəti məslələrə dair müzakirələr aparılır.

Tədbirdə ölkəmiz nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan qurumun fəaliyyətində yaxından iştirak edir. Belə ki, ilk dəfə olaraq Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsinin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə təsdiq edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev Radiotezliklərdən İstifadənin İdarə Edilməsi üzrə 1-ci Tədqiqat Qrupuna, “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov Peyk Xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi Rahid Ələkbərli isə Yerüstü Xidmətlər üzrə 5-ci Tədqiqat Qrupuna sədr müavini vəzifələrinə seçilib.

Anar
Xəbəri paylaş