Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərpa olunan qaz xəttini yenidən qırdılar



Newscenter.az.4.11.2019. Şamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər.

Bu barədə məlumat Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, anoloji hadisə noyabrın 3-də 3-cü dəfə idi təkrarlanırdı. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunmuşdu və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunmuşdu.

Bu gün səhər saatlarında isə “Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib. Məlumat üçün bildirək ki, sözü gedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub.

Zaur
Xəbəri paylaş