Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu adam, yönsüz-yöndəmsiz siyasət adamı kimi heç siyasi kuluarlara uygun deyildi



Newscenter.az.4.11.2019. Araz Əlizadə deputat mandatına sahib olan an Azərbaycanın xalqı və cəmiyyətinin əli üzündə qalmışdı: bu adam, yönsüz-yöndəmsiz siyasət adamı kimi heç siyasi kuluarlara uygun deyildi, necə dövlət hakimiyyəti, Milli Məclisinə düşüb?Heç də əbəs deyilmiş o ümummilli təəccüb. Bu insan bu 5 illik deputatlığı dövründə də əlindən gələn antidövlət və antimilli sərsəmliyini etdi ki, xalqın və cəmiyyətin davamlı, əli üzündə qalsın.

A. Əlizadənin deputatlıq dövrü dövlətə və xalqa qarşı cinayət və həhs tərkibli ya ən azı, mandatı alınıb Milli Məclisdən qovulması qədər çıxışları, təhqirləri, pozuntuları az olmayıb. İctimai Tv-nin proqramındakı antutürk və antiTürkiyə çıxışı isə artıq, Türkiyə və türk dünyasını da qarışdırıb. Və iki qardaş, Türkiyə-Azərbaycan xalqları arasında nifaq salma düşmənliyi edir, ziyankar siyasətçi..

Çünki, Türkiyə cəmiyyəti bizim bu deputatı xalq tərəfindən sevilib, seçilmiş hesab edib, ćıxışını da ciddiyə alıb xalqımızın düşüncəsi kimi qəbul edir. Nə bilsinlər, antimilli, antidövlətçi virusdur, düşüb bizim Parlamentə. Qəribə odur ki, nədən bu qədər ziyankarlığı ilə, bu yarıtmaz deputatın Konstitusiya və qanunlara istinadən, parlament üzvlüyü və millət vəkili adı da geriyə alınmasın?

İkinci bir sual. Nə əcəb, ölkənin İctimai TV kimi ciddi və rəsmi media orqanının proqramında bu kimi, dövlətə və millətə ziyanlı deputatın, ziyanlı çıxış-bəyanatına sərsəmləməsinə imkan verilir?

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş