Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq icra başçısından deputata güllə kimi sözlər



Vaqif Abdullayev: "Zatını bilməyən oğuldan kişi çıxmaz"

Newscenter.az.4.11.2019
. “Millət vəkili” Araz Əlizadənin bir neçə gün əvvəl TV-də türklərlə bağlı səsləndirdiyi fikirlər hələ də cəmiyyətdə ağır təpki, haqlı narazılıqla qarşılanmaqdadır. Onun Qafqaz İslam Ordusunun komandanı, bütün türk dünyasının qürur və fəxr ünvanı qəhrəman Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirlərinə ölkəmizdə və Türkiyədə yaşayan türklər tərəfindən sosial mediada da ciddi etiraz gəlməkdədir.

Araz Əlizadədən bundan artığını gözləmək də olmazdı. Onun Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən başlayaraq dövlətimizin milli maraqlarına, suverenliyinə qarşı xəyanətkar mövqeyi olan və erməni separatizminə haqq qazandıran Leyla Yunus, Arif Yunus, Arzu Abdullayeva kimi zatı və qanı xarab olanlarla birgə fəaliyyətini heç kim unutmayıb.

Bu gün Amerikadakı erməni lobbisinin süfrəsindən qidalanan yunuslara, əlikramlara olan sevgisini ürəyində yaşadan Araz Əlizadələrin türkə, türkçülüyə, milliliyə münasibəti PKK-nın, ASALA-nın mövqeyidən heç də fərqlənmir. Onun bu mövqeyi erməni terrorbaşı Qaregin Njde ləqəbli Qaregin Ter-Arutyunyanı tərif edən Paşinyanın mövqeyinə daha yaxındır.

Azərbaycan və Türkiyə türklərini qan bağlılığı, genetik kod birləşdirir. Əsrlərin sınağından çıxmış türk qardaşlığı bu gün dünyada bir örnəkdir. Azərbaycan və Türkiyənin zəngin tarixində, minillər tarixi olan hər qayasının, hər daşının üzərinə qardaşların hopmuş qanı vardır.

Tarixə qısıl hərflərlə həkk olunmuş 15 sentyabr Azərbaycanın şərəf tarixidir, zəfər bayramıdır. Nuru Paşanın igid əsgərləri ötən əsrin əvvəllərində öz qardaşlıq borclarını necə şərəflə yetirə yetirmişdilərsə, Çanaqqalada şəhid minlərlə azərbaycanlı öz can borcunu ödəmişdir.

Hər bir azərbaycanlı Türkiyədə və dünyada yaşayan bütün türkləri özünün qardaşı hesab edir, özünün qanı-canı bilir. Hər iki ölkə kədərini özünün kədəri, sevincini sevinci hesab edir. Prezident İlham Əliyevin çox dəqiq və möhtəşəm şəkildə ifadə etdiyi kimi “Türkiyənin uğuru Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.

100 il əvvəl olduğu kimi bu gün də Azərbaycan və Türkiyə ordusu bir yerdədir, birgə təlimlər keçirlər, çiyin-çiyinə düşmənə qarşı mübarizliyini, əzmkarlığını nümayiş etdirir.

Türkün heç vaxt nankora, satqına ehtiyaca olmayıb, araz əlizadə kimilərinə də əsla kiminsə ehtiyacı yoxdur. Biz türklər öz milli mənsubluğumuzla fəx edirik.

Tarixini bilməyən xalq, tərcümeyi-halını bilməyən insana bənzəyər. Zatını bilməyən oğuldan kişi çıxmaz. Hələ də öz milli mənsubiyyətini tapa bilməyən araz əlizadə neçə ildir ki, ortaya nifaq salmağa çalışan qardaşlarının mahnısını ifa etməyə çalışır. Ancaq böyük şairimiz Fikrət Sadığın dediyi kimi, “biri elə çalır, biri belə çalır, biri də elə - belə çalır”. araz əlizadə də beləsindəndir.

Gərək hər kəs bildiyi mövzudan danışsın, bu zavallılar başa düşmürlər ki, bilmədiyi şeydən danışanda üfunətləri ətrafı bürüyür.

Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş