Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türk Hava Yolları”nın təşkil etdiyi “Skylife” foto müsabiqəsinin qalibləri mükafatlandırıldılar



Newscenter.az.5.11.2019. Sayca üçüncü dəfə təşkil olunmuş beynəlxalq səviyyəli “Skylife” foto müsabiqəsinin builki mövzusu “Kəşf Et” adlanırdı. Zorlu İfa Sənəti Mərkəzində baş tutan mükafatlandırma mərasimində Türkiyənin Təhsil Naziri Ziya Səlcuq, Xarici İşlər Naziri Mövlud Cavuşoğlu, həmçinin Türk Hava Yollarının İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlkər Ayçı iştirak edirdi.

Newscenter.az xəbər verir ki, THY mükafatının qalibi Fey Şiey oldu. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Mustafa Qurdbaş və Thi Ha Maunq qazandı.

Türk Hava Yolları İdarə Heyətinin və İcraiyyə Komitəsinin Sədri cənab İlkər Ayçı deyib: “Türkiyənin dünyada ən çox tanınan səfiri olaraq ölkəmizi dünyanın 316 şəhərində təmsil etməkdən qürur duyuruq. Biz fəaliyyət dairəmizi təkcə uçuşlarla məhdudlaşdırmırıq, həm də mədəniyyətlər və cəmiyyətlər arasında saysız-hesabsız körpülər qurmaqdan zövq alırıq. Türkiyənin milli aviadaşıyıcısı olaraq, biz, yaşı əsrlərlə ölçülən əlaqələndirici və inkluziv mirasımızdan ilhamlanaraq mədəni, bədii və idman tədbirləri vasitəsilə ölkələri və sivilizasiyaları birləşdiririk. “Skylife” foto müsabiqəmiz bu məqsədə xidmət edən fəaliyyətlərimizdən biridir. Üçüncü dəfə təşkil olunmasına baxmayaraq, bu müsabiqə öz sahəsinə yeni nəfəs gətirib. Tədbirimizə göstərdikləri marağa görə qlobal brend səfirimiz adından bütün iştirakçılara təşəkkür edir və qalibləri təbrik edirəm.”

Foto müsabiqəsi bu il yanvar ayının 15-də başlayıb və müraciət müddəti avqustun 26-da başa çatıb. Bu müddət ərzində Türkiyə Fotoqrafiya Sənətləri Federasiyasının məlumat bazasına 115 ölkədən 11.455 şəkil yüklənib. Toplanan şəkillər 31 avqust – 1 sentyabr tarixlərində İstanbulda bir araya gəlmiş münsiflər heyəti tərəfindən yoxlanıb.

Aydan
Xəbəri paylaş