Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Araz” supermarketlərində iylənmiş toyuq satılır



Newscenter.az.6.11.2019. "Araz" supermarketlər şəbəkəsində əhaliyə iylənmiş toyuq satılır. Bu barədə məlumatı "OLAYLAR"-a həmin supermarketin daimi müştərilərindən biri verib. Bildirib ki, artıq ikinci dəfədir ki, sözügedən marketdə anoloji hadisə ilə rastlaşır:

"Bir müddət əvvəl 20-ci sahədə yerləşən həmin marketdən "Hicaz" toyuqları adı ilə satışa çıxarılan toyuq aldım. Evdə ondan istifadə edərkən məlum oldu ki, həmin məhsul iylənib. Ötən gün isə üzərində İslami kəsim, halal kimi sözlər yazılmış daha bir toyuq aldım. Eyni ilə həmin məhsul da iylənmişdi. Üfunət iyindən məhsula yaxın durmaq mümkün olmurdu". Şikayət müəllifi deyir ki, məhsulu geri qaytararkən üzrxahlıq etmək əvəzinə "dondurulmuş toyuqdur, belə olmalıdır" kimi iradlar səsləndirilib".

Müraciət müəllifi onu da qeyd edib ki, marketdə satılan digər məhsullarda da mütəımadi olaraq eyni hallara rast gəlmək mümkündür:

"Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyinin paytaxtda aşkarladığı "İvanovka" məhsulları adı altında antisanitar şəraitdə hazırlanmış süd və süd məhsullarının da satışa çıxarıldığı marketlərdən biri məhz "Araz" supermarket idi. Ümid edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi tezliklə məsələyə reaksiya verəcək və insane orqanizmi üçün təhlükəli olan bu kimi məhsulların marketdə satışının dayandırılması üçün müvafiq ölçü götürəcək"
Xəbəri paylaş