Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

496 əcnəbi barədə ölkəni tərk etmə qərarı çıxarılıb



Newscenter.az.13.11.2019. Oktyabr ayında ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar DMX tərəfindən 1392 qərar qəbul edilib.

Dövlət Miqrasiya Xidmətindən Newscenter.az-a bildirilib ki, qərarlardan 802-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 496-sı ölkəni tərk etmə, 306-sı ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.

Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 534 qərardan 97-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə Respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 437-si isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub.

22 qərar müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi, 15-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada, onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 18, qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı 1 qərar qəbul edilib.

Xosrov
Xəbəri paylaş