Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sofiyada növbəti erməni həyasızlığı və millət vəkillərimizin adekvat addımı



Newscenter.az.21.11.2019. Bu gün Sofiyada növbəti dəfə erməni deputatlarının siyasi təxribatının qarşısı alındı.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Qara Dəniz İqtidadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak edən millət vəkili Aydın Mirzəzadə verib. O, qeyd edib ki, Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtidadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bugünkü iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istəyiblər:
Sofiyada növbəti erməni həyasızlığı və millət vəkillərimizin adekvat addımı

“Ermənistandan olan bir deputat elan etdi ki, Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan, Ermənistan və " dağlıq qarabağ xalqının" maraqlarına cavab verməlidir. Digər erməni deputat isə Bakı - Tbilisi - Kars dəmiryol xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışdı. Onlardan sonra mən çıxış edərək Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını sessiyanın nəzərinə çardırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyri- şərsiz çıxarılmalıdır, Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı, həmin xətt Ermənistandan da keçə bilərdi və qonşu ölkə Azərbaycan iqtidadi layihələrindən yüz milyonlarla gəlir ala bilərdii”.

Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva çıxış edərək Ermınistan nümayəndələrinin beynılxaq tədbirdə "arsax" yalanını yaymasına etirazını bildirib və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb edib.

Xosrov
Xəbəri paylaş