Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib



Newscenter.az.29.11.2019. Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Anar Sahib oğlu Ələkbərov bu vəzifəyə qədər Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.

O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. 2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib.

21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib. 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı - "Komandor xaç” ordeni ilə təltif edilib. "Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan nümayəndə heyətinin sədri olub.
Xəbəri paylaş