Newscenter.az.18.12.2019. Dekabrın 16-də Binəqədi Gənclər Evində «Azərbaycan hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü» nün Avropa Ittifaqın maliyyə dəstəyi ilə həyata keçirilən yeni istiqamətlərinin Təqdimatı keçirililib.
Newscenter.az xəbər verir ki, təşəbbüsün əsas məqsədi Gənclər Evlərini gənclərə dost xidmətlər təklif edəcək məkana çevirməkdir və BMT-nin Uşaq Fondunun (UNICEF) texniki dəstəyi ilə 2018-ci ildən həyata keçirilir. Xidmətlər beş istiqaməti əhatə edir: sağlamlıq, təhsil, müdafiə, iş hazırlığı və iştirakçılıq. Bu günə qədər hökumətlə birgə hazırlanmış xidmətlər paketinə əsas həyat bacarıqları, psixoloji-sosial və hüquqi məsləhət və sağlam həyat tərzi daxildir.
Avropa İttifaqı ilə yeni tərəfdaşlıq yeni istiqamətlərin əhatə olunmasına dəstək verib. Qeyri hökumət təşkilatları tərəfindən 6 rayonda (Bakının Binəqədi və Xəzər rayonları, Mingəçevir, Qazax, Şəmkir və Biləsuvar rayonları) yerləşən Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin əməkdaşları vasitəsi ilə təqdim olunacaq yeni xidmətlərin məqsədi gənclər tərəfindən sosial layihələrin hazırlanması və idarə olunması, onların iş hazırlığının yüksəldilməsidir. Həmçinin Gənclər Evləri və İnkişaf və Karyera Mərkəzlərinin PR/Marketinq fəaliyyətlərinin gücləndirilməsidir.
Giriş sözü ilə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Indira Hacıyeva Azərbaycan Respublikasının gənclər siyasəti və Gənclər Evlərinin bu siyasətin həyata keçirilməsində tutduğu rol haqda ətraflı məlumat verib.
UNICEF-in Azərbaycan Nümayəndəliyi rəhbərinin müavini Min Yuan “Azərbaycan hökuməti və BMT-nin birgə Gənclər Evi Təşəbbüsü”nün QHT-lərin gənclərin mobilizasiyasında əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib Təqdimat zamanı layhə tərəfdaşları olan QHT rəhbərləri və benefisiarlar - Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin rəhbərləri yeni xidmətlərin faydaları, eləcə də QHT-lərlə olan əməkdaşlığın bu sahəyə verəcəyi töhfələrə dair panel müzakirəsi aparıblar.