Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı şagird dünya olimpiadasının üçüncüsü oldu



Newscenter.az.18.12.2019. Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Rəvsan Həbibullayev Qətərin paytaxtı Doha şəhərində keçirilən yeniyetmələr arasında təbiət elmləri fənni üzrə dünya olimpiadasında iştirak edib və bürünc medala layiq görülüb.

Newscenter.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev Rəvsan Həbibullayev, onun valideyni və “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırovla görüşüb. R.Həbibullayevi qazandığı uğur münasibəti ilə təbrik edən rektor onun dərsləri, olimpiada hazırlığı ilə maraqlanaraq bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına inamını ifadə edib.

Rəvsan Həbibullayev görüş üçün təşəkkürünü bildirib və beynəlxalq olimpiadalarda öl-kəmizi layiqincə təmsil edəcəyinə çalışacağını vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildən BDU nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə qəbul olan Rəvsan Həbibullayev lisey şagirdləri arasında keçirilən müsabiqə və olimpiadalarda yüksək nəticələr göstərib, Respublika səviyyəsində keçirilən yarışmalarda iştirak edib. 2018-ci ildə keçirilən Respublika fənn müsabiqələrində uğurlu nəticə göstərək Fizika fənni üzrə bürünc medala layiq görülüb. Təbiət fənlərinə olan böyük marağı və bu yolda daha səylə çalışmasının nəticəsi olaraq ötən il VIII sinif şagirdi olmasına baxmayaraq, IX siniflər arasında keçirilən Fizika fənn olimpiadasında da iştirak edib və final mərhələsinə yüksəlib.
Xəbəri paylaş