Newscenter.az.18.12.2019. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi gənc nəslin vətənpərvərlik tərbiyəsi işinin təmin edilməsi istiqamətində respublikamızda məqsədyönlü və sistemli fəaliyyət həyata keçirilir. Keçirilən çoxsaylı tədbirlər sırasında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Təhsil Nazirlikləri ilə birgə “MZ“ MMC-i tərəfindən hazırlanaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yayımlanan „Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışması geniş tamaşaçı auditoruyasının, xüsusən də gənclərin böyük marağına səbəb olub.
Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, 2010-cu ilin fevral ayından „Azərbaycanımızı tanıyaq və tanıdaq!“ şüarı altında həyata keçirilən telelayihənin əsas məqsədi gənc nəslə Vətənə sevgi və sədaqət hissini aşılamaq, Azərbaycanın tarixini, coğrafiyasını, ədəbiyyatını daha yaxından tanıtmaq və bununla da onların intellektual inkişafını təmin etməkdən ibarət olub.
“Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışmasının 9-cu mövsümünün çəkilişləri 2018-ci ilin dekabr ayından start götürmüş və cari ilin dekabr ayında başa çatıb. Bu müddət ərzində intellekt yarışmada iştirak etmək məqsədi ilə respublikanın rayon və şəhərlərindən 2000 nəfərdən artıq gənc qeydiyyatdan keçib, onlardan 480 nəfər mübarizəyə qatılıb, 40 nəfər oyunlardan qalib kimi ayrılıb, Məmmədova Kəmalə Daşqın qızı, Həbibli Elməddin Fəxrəddin oğlu, İsmayılzadə Nicat Rafiq oğlu ikiqat qalib, Bəşirov Şəhruz Surac oğlu isə ilin və layihənin 9-cu mövsümünün qalibi adına layiq görülüblər.
Layihənin 9-cu mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi dekabrın 19-da keçiriləcək.
Ehtiram