Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil işçiləri təltif edilib



Newscenter.az.20.12.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat görüşü keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Mirzə Cəfərzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin sədri Teymur Əhmədov, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları və direktor müavinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Teymur Əhmədov Komitənin 2019-cu il ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Komitənin BŞTİ-də çalışanların sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının müdafiəsi və asudə vaxtlarının səmərəli təşkili baxımından üzərinə düşən vəzifələri nəzərə çatdırıb və bu istiqamətdə qarşıda duran digər məsələlərdən bəhs edib.

Sonra öz səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərman və hədiyyələri təqdim olunub.
Tədbir ədəbi-bədii kompozisiya ilə başa çatıb.

R.Mehdiyeva
Xəbəri paylaş