Newscenter.az.28.02.2020. Dörd ildən bir təsadüf etdiyimiz 29 fevral tarixini Avropa Voleybol Konfederasiyası (CEV) #1DayMore4Volleyball (Voleybol Üçün Daha Bir Gün) devizi ilə bayram edir. Avropada bu gün ilk dəfə 2016-ci ildə qeyd edilib. Həmin gün CEV-in tərkibində olan federasiyalar müxtəlif tədbirlər, professional, həvəskar voleybolçular üçün matçlar keçirib və ən maraqlısı isə keçirilən matçlarda setlər günün şərəfinə 25-dən yox, 29 xaldan hesablanmışdı.
Newscenter.az-a daxil olan məlumata görə, Azərbaycan Voleybol Federasiyası da 29 fevralda voleybolçular üçün festival keçirəcək.
Proqram aşağıdakı kimidir:
11:00. Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarət edilməsi;
12:30. “Dərnəgül Voleybol Mərkəzi”ndə tədbir;
• Voleybolçular sıraya düzülürlər.
• Himn.
• Təbrik və çıxışlar.
• “Azərbaycan Voleybol Federasiyası” İctimai Birliyinin Prezidenti Cavid Qurbanov.
• Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə.
• Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov.
• Uşaqlar, voleybolçular üçün toplarla müxtəlif oyunlar.
• Musiqi proqramı 20 dəqiqə.
• Proqram başa çatdıqdan sonra istedadlı voleybolçuların seçimi olacaq.