Newscenter.az.10.03.2020. Avropa Parlamentinin sədri David Sassoli koronavirusa görə karantinə alınıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, Brüsseldə evində həkim nəzarəti altında saxlanılır.
D.Sassolinin ehtiyat tədbiri məqsədi ilə karantinə alındığı bildirilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 571-ə çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 030 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.