Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda 597 əsgər ölüb



Newscenter.az.10.03.2020. “Ermənistan ordusunda qeyri-döyüş şəraitində artan əsgər ölümlərinin, intiharların, bədbəxt hadisələrin, ümumiyyətlə, ölüm hallarının əsas səbəbi düşmən ordusunda mənəvi dəyərlərin yoxluğudur”.

Bunu “Report”a açıqlamasında ordu.az hərbi-analitik saytının Baş redaktoru Şahin Qocayev deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrində kütləvi hal alan kriminal hadisələr orduda zabit-əsgər münasibətləri zəncirinin doğru şəkildə qurulmamasından irəli gəlir: “Bu, ilk növbədə əsgərdən tutmuş generala kimi bütün hərbi qulluqçular arasında doğru münasibətlərin qurulmamasının nəticəsidir. “Dedovşina” (mənfi liderlik), intizamsızlıq hallarının tək səbəbi orduda xidmət edən əsgərlərdə yox, zabitlərdədir. Əsgərlərin intizamsızlıq etməsinə zabitlər şərait yaradır. Bu da orduda pərakəndəliyə gətirib çıxarır ki, nəticədə ölüm faktları artır”.

Ş.Qocayev 2010-2019-cu illərdə Ermənistan ordusunda ölən hərbi qulluqçuların statistikasını da açıqlayıb.

Onun sözlərinə görə, düşmən 9 ildə 597 əsgər itirib: “2010-2015-ci illərdə düşmən ordusunda 67 nəfər bədbəxt hadisə, 106 nəfər təxribata cəhd, 48 nəfər intihar, 43 nəfər qəsdən adamöldürmə nəticəsində ölüb. Bu, ümumilikdə 5 ildə 264 nəfərin ölməsi deməkdir ki, bu da təxminən düşmən ordusu miqyasında 2 bölük və 2 taborun itirilməsi anlamına gəlir. 2016-cı ildə Aprel döyüşlərində yüzlərlə düşmən əsgərinin məhv edilməsi ilə yanaşı, 162 nəfər müxtəlif hadisələr – intizamsızlıq, təxribata cəhd, qəza və s. – nəticəsində ölüb. Müvafiq olaraq, bu say 2017-ci ildə 59, 2018-ci ildə 63 nəfər, 2019-cu ildə isə ən azı 49 nəfər təşkil edib”.
Xəbəri paylaş