Newscenter.az.23.03.2020. Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.
"Report"un məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis rəsmi "Twitter" hesabı vasitəsilə ilə bildirib.
O, koronavirus testinin müsbət nəticələndiyini və hazırda xəstəxanada olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.