Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DGK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat köçürüb



Newscenter.az.23.03.2020. Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

Bu barədə məlumat Newscenter.az-a Dövlət Gömrük Komitəsindən daxil olub. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrindən 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Zaur
Xəbəri paylaş