Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda bu sahədə çalışanların maaşları artırılacaq



Newscenter.az.25.03.2020. Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsində çalışan işçilərin maaşları artırılacaq.

Newscenter.az xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum mənzil-kommunal təsərrüfatı sahəsində islahatları gücləndirmək və bu sahədə çalışan işçilərin maaşlarının ölkə üzrə ortaaylıq əməkhaqqı səviyyəsinə yaxınlaşdırılması istiqamətində tədbirləri davam etdirmək öhdəliyi götürüb.
Xəbəri paylaş