Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər vətəndaşa 1 200 ABŞ dolları veriləcək



Newscenter.az.28.03.2020. ABŞ prezidenti Donald Tramp 2 trilyon ABŞ dollarından çox dəyəri olan iqtisadi stimullaşdırma tədbirləri haqqında qanunu imzalayıb.

“Report” xəbər verir ki, bundan əvvəl iqtisadi paket Senat və Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiq edilib.

Bu, ABŞ tarixindəki ən böyük iqtisadi yardım paketidir. Belə ki, sonuncu dəfə Konqres 2008-ci ildə dünya maliyyə böhranının təsirlərini azaltmaq üçün 800 milyard ABŞ dolları həcmində yardım paketini təsdiqləmişdi.

Sənəddə işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznesin və bütün sahələrin təşviqi nəzərdə tutulur. Bundan əlavə, ABŞ vətəndaşları adambaşına təxminən 1 200 ABŞ dolları məbləğində birdəfəlik ödəmələr ala biləcəklər.
Xəbəri paylaş