Deputat tənha və kimsəsiz seçicilərinə yardım etdi
Newscenter.az.1.04.2020. “Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ərazidə yaşayan insanları narahat edən məsələləri operativ şəkildə həll edilməsinə köməklik göstərmək üçün millət vəkili seçildiyim Bakı şəhəri Nizami rayonunda olan “Deputat Qərargahında” İşçi qrupu yaradılıb”.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Könül Nurullayeva çıxış edib. Onun sözlərinə görə, ötən dövr ərzində işçi qrupa daxil olan onlarla müraciətlərin təhlili göstərib ki, yaşı 65-dən yuxarı tənha yaşayan bəzi sakinlər DSMF-nin Nizami rayon şöbəsində qeydiyyatda deyil və yaxud təmamilə tənha yaşayan ahıl insanlardır:
“Edilmiş müraciətlərə əsasən, yaşından asılı olmayaraq rayonda yaşayan son dərəcə imkansız ailələr var ki, onların da bilavasitə sosail yardıma ehtiyacı var. Qeyd olunan müraciətlər, o cümlədən DSMF-nin Nizami rayon şöbəsi ilə sıx əməkdaşlıq nəticəsində əldə edilmiş məlumatlara əsasən tənha yaşayan ahıl vətəndaşlarımız, eyni zamanda yaşından asılı olmayaraq son dərəcə imkansız ailələr, karantin səbəbi ilə işindən kənarlaşdırılmış və çıxılmaz vəziyyətdə qalan həqiqi ehtiyacı olan insanların vəziyyəti “İşçi qrupun” yığıncağında müzakirə olunub. Operativ şəkildə bir qrup sakinimizə yardım edilməsi qərara alınıb”.
Millət vəkili qeyd edib ki, Q.Qarayev 73,61,55,63, 36a, Rüstəmov 21a,25/63,39,35.27,66,43,3, Naxçıvanski 65a,67, E.Süleymanov 108,112, Şərifli 100, Keşlə qəsəbəsi üzrə və s ünvanlarda yaşayan imkansız, tənha insanlara ərzaq və təmizləyici vasitələrdən ibarət xüsusi hazırlanmış bağlama verilib və bu təşəbbüsün xüsusi karantin rejimi dövrü ərzində davam etirilməsi qərara alınıb: “Bu missiyanın həyata keçirilməsində könüllü qismində iştirak edən Nizami rayon sakinlərinə xüsusi təşəkkürümüzü bildiririk”.
Mehman