Newscenter.az.11.04.2020. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinin yoxlanılması zamanı rayon ərazisində Cəlilabad sakini olan Nahid Məmişov idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Cənub Mərkəzinə verilən məlumata görə, onun karantin qaydalarını pozduğu, həmçinin sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib.
Avtomobilin şöbənin duracağına yerləşdirilməsi zərurətinin yarandığını gördükdə isə sürücünün yanında sərnişin qismində olan, Cəlilabad rayon sakini, spirtli içki qəbul etmiş və karantin qaydalarını pozan qadın polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək öz qanunsuz əməllərini davam etdirib.
Hər iki şəxs saxlanılaraq Masallı RPŞ-nə gətirilib
Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.