Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin 3 ayı ərzində “Azəriqaz”da qeydə alınan abonentlərin sayı 20 mini keçib



Newscenter.az.20.04.2020. 2020-ci ilin mart ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 135 yeni abonent qeydiyyata alınıb. Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, bu statistik göstəriciyə Bakı, Abşeron və Sumqayıt üzrə 3 486, regionlar üzrə isə 1 649 abonent daxildir.

2020-ci ilin ilk 3 ayı ərzində isə (yanvar, fevral və mart) əhali sektoru üzrə 23 581 yeni abonent qeydiyyata alınıb. Beləliklə, hazırda Azərbaycanda qazla təmin edilən əhali qrupu abonentlərinin ümumi sayı 2 milyon 271 min 431-ə bərabərdir. Bundan 1 milyon 396 min 145 abonent regionların, 875 min 286 abonent Bakı şəhərinin payına düşür.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 min kubmetr limit ayrılıb.

Zaur
Xəbəri paylaş