Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın təhsil ocaqları Fələstin üçün ayaqlanır

Avropanın təhsil ocaqları Fələstin üçün ayaqlanır


Avropanın bir sıra ali təhsil ocaqlarında tələbələrin Fələstinlə bağlı etiraz aksiyaları keçirilir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu dəfə tələbələrin Fələstinə dəstək aksiyalarına İngiltərənin universitetləri qoşulub.

İngiltərənin müxtəlif yerlərində yerləşən Nyukasl Universiteti, Bristol Universiteti, Uorvik Universiteti, Lids Universiteti, Şeffild Universiteti və Şeffild Hallam Universitetinin tələbələri kampusun açıq ərazilərində toplaşaraq və düşərgələr quraraq digər ölkələrdəki Fələstinli tələbə qruplarına qoşulublar.

Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələr və işçilər öz universitetlərini İsrailə silah tədarük edən şirkətlərlə əməkdaşlığa son qoymağa çağırıblar.

Qeyd edək ki, ABŞ-ın Kolumbiya Universitetində də Fələstinə dəstək aksiyası keçirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş