Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda atışmada yaralananların xəstəxanada boğazları kəsildi



Newscenter.az.29.04.2020. Ermənistanın Qavar rayonundə baş vermiş atışma nəticəsində iki nəfərin qətlindən sonra şəhərdə vəziyyət gərginləşib.

Bu barədə “Report” “NEWS.am”a istinadən xəbər verir.

Məlumata görə, atışmada öldürülən hərbi polisin müstəntiqinin qohumları xəstəxanaya gələrək silahlı insident zamanı yaralanan şəxslərin hər ikisinin boğazlarını kəsməklə onları qətlə yetiriblər. Qeyd edilir ki, xəstəxanada öldürülən şəxslər Armen və Xaçik adlı qardaşlardır.

Məlumata görə, rayonda nəzarət altından çıxmış vəziyyəti idarə etmək üçün hadisə yerinə Qavar polisinin rəisi Arman Sarkisyan gəlib.

“NEWS.am” bildirib ki, xəstəxanada vəziyyət elə gərginləşib ki, hətta müstəntiqlər ora daxil ola bilmirlər. Atışma nəticəsində yaralananlardan biri əməliyyat edilir, digəri isə ağır vəziyyətdə Yerevana aparılır.

Agentlik atışmanın bəzi təfərratlarını əldə edib. Qeyd edilir ki, iki nəfərin öldürüldüyü atışmadan sonra insident zamanı yaralanan digər iki nəfər Yerevana çatdırılıb. Hadisə yerindən qaçmış başqa iki nəfər yolda qəzaya düşüb. Onlar Qavar xəstəxanasına çatdırılıblar, xəstəxanada isə hərbi müstəntiqin qohumları bura gələrək qəzada yaralananların boğazlarını kəsiblər.

“Armlur.am”ın məlumatına görə, dəmir alətlərlə silahlanmış bir qrup şəxs polis əməkdaşlarının olduğu xəstəxanaya soxulublar. Onlar xəstəxananın əmlakını dağıtmağa başlayıblar, bundan sonra polis kordonunu yararaq palataya giriblər və yaralıların boğazını kəsiblər.

Dəstə üzvləri bundan sonra xəstəxananı tərk ediblər. Yerli qubernator Qnel Sanosyan isə bildirib ki, xəstəxanaya 500-ə yaxın insan soxulub.

Qeyd edək ki, hadisə Qeqarkuniksk vilayətində baş verib. İlkin məlumatda bildirilirdi ki, Qavar rayonunda qeydə alınan silahlı insident nəticəsində 2 nəfər öldürülüb, daha 4 nəfər yaralanıb.

Hadisə zamanı öldürülənlərdən biri hərbi polisin müstəntiqidir.
Xəbəri paylaş