Newscenter.az.2.05.2020. "Dövlətimiz yeni növ koronavirus pandemiyasının iqtisadiyyata, xüsusilə də özəl sektora vurduğu ziyanın minimallaşdırılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirir. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanmış dəstək proqramlarının əsas məqsədi maddi itkilərə məruz qalmış sektor təmsilçilərinə fəaliyyətlərini bərpa etmək üçün yardım göstərməkdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Elnur Allahverdiyev səsləndirib. O, qeyd edib ki, vergi güzəştlərinin tətbiqi məqsədi ilə Vergi Məcəlləsinə edilməsi təklif olunan dəyişikliklər sahibkarlıq subyektlərinə yönəlmiş dəstək kontekstindən qiymətləndirilməlidir:
"Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi əsnasında təkliflə çıxış etdim. Təklifim bundan ibarətdir: Müvəqqəti vergi rejimi müddətində sahibkarlıq subyektlərinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardım mənfəət (gəlir) vergisindən və sadələşdirilmiş vergidən azad edilsin. Hesab edirəm ki, bu, dövlətimizin pandemiya şəraitində fəaliyyətsiz olan və maddi itkilərə məruz qalmış sahibkarlıq subyektləri və özəl sektorun digər təmsilçiləri üçün əlavə dəstək ola bilər. Təklifim İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ətraflı müzakirə olunacaq".
Anar
TəkliflərDövlətimiz yeni növ koronavirus pandemiyasının iqtisadiyyata, xüsusilə də özəl sektora vurduğu ziyanın minimallaşdırılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirir. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanmış dəstək proqramlarının əsas məqsədi maddi itkilərə məruz qalmış sektor təmsilçilərinə fəaliyyətlərini bərpa etmək üçün yardım göstərməkdir. Vergi güzəştlərinin tətbiqi məqsədi ilə Vergi Məcəlləsinə edilməsi təklif olunan dəyişikliklər sahibkarlıq subyektlərinə yönəlmiş dəstək kontekstindən qiymətləndirilməlidir. Bugün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi əsnasında təkliflə çıxış etdim. Təklifim bundan ibarətdir: Müvəqqəti vergi rejimi müddətində sahibkarlıq subyektlərinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardım mənfəət (gəlir) vergisindən və sadələşdirilmiş vergidən azad edilsin. Hesab edirəm ki, bu, dövlətimizin pandemiya şəraitində fəaliyyətsiz olan və maddi itkilərə məruz qalmış sahibkarlıq subyektləri və özəl sektorun digər təmsilçiləri üçün əlavə dəstək ola bilər. Təklifim İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ətraflı müzakirə olunacaq #PrezidentAz #MilliMəclis #VergilərNazirliyi #Deputat #ElnurAllahverdiyev
Gepostet von Elnur Allahverdiyev am Freitag, 1. Mai 2020