Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə 4 günlük komendant saatı tətbiq edildi

Türkiyədə 4 günlük komendant saatı tətbiq edildi


Newscenter.az.11.05.2020. Türkiyənin 31 əyalətində koronavirus pandemiyası ilə əlaqədar komendant saatı tətbiq olunub.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qeyd edib ki, komendant saatı mayın 16-dan 19-dək davam edəcək.

"16, 17, 18 və 19 mayda evdən küçəyə çıxmaq yenidən qadağan olunacaq” - Türkiyə lideri vurğulayıb.

“Bundan başqa, doqquz əyalətə - Adana, Denizli, Diyarbəkir, Qəhrəmanmaraş, Mardin, Ordu, Tekirdağ, Trabzon və Şanlıurfaya giriş və çıxış qadağası götürülür", - Ərdoğan deyib.

Son məlumatlara görə, Türkiyədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 138 657 nəfər yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş