Newscenter.az.14.05.2020. “ABŞ -ın Suriya üzrə nümayəndəsi, həmçinin xüsusi olaraq Türkiyə ilə bu istiqamətlərdə fəaliyyəti koordinasiya edən Ceymis Cefri Türkiyə ilə ABŞ arasında S-400 raketlərinin problem olduğunu vurğulasa da, digər sahələrdə anlaşa bildiklərini qeyd edib. İki ölkənin bir çox regionlarla bağlı anlaşdıqlarını fikrini irəli sürüb. Ceyms Cefrinin burada Qafqazın adını da vurğulayıb. Qeyd edim ki, ABŞ və Türkiyə Cənubi Qafqaz siyasətlərində anlaşır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Türkiyə və ABŞ Qarabağ məsələsində ortaq məxrəcə malikdir:
“Əgər, tərəflər arasında Cənubi Qafqazla bağlı probelm olsaydı, C. Cefri bunu dilə gətirməzdi. C. Cefri çox peşəkar diplomat, regionda münaqişələrin mahiyyətini dərin anlayan şəxsdir”.
Politoloq deyib ki, Türkiyənin Qarabağ münaqişəsinin həllində mövqeyi aydındır və ABŞ -ın da Minsk qrupu çərçivəsində irəli sürdüy həll varinatları Azərbaycanın maraqlarına cavab verir:
“Burada Türkiyə və ABŞ -ın mövqeyi ortaqdır. Hər iki ölkə Qarabağ məsələsində eyni siyasətə malikdirsə, təşəbbüs göstərib, regionda daha da möhkəmənə bilərlər. Yalnız, buna qarşı duran təbii ki, Rusiyadır. ABŞ və Türkiyə Cənubi Qafqazda öz mövqelərini gücləndirə bilərlər”.
Məhəmməd Əsədullazadə onu da deyib ki, postpandemiya döründə ABŞ Gürcüstanda yeni strategiya ortaya qoyacaq: “Türkiyə və ABŞ Cənubi Qafqazda güclənmək üçün əməkdaşlığı dərinləşdirmək istiqamətində yeni planlar ortaya qoyacaqlar. Buradan ABŞ-ın Mərkəzi Asiyaya açılmaq planı var. Azərbyacan ABŞ-la əməkdaşlığı inkişaf etdriməlidir. Cənubi Qafqazda ABŞ maraqlarını inkişaf etdirə bilsə, Qarabağ məsləsində Azərbaycana tam dəstək verəcək. Məhz Aprel döyüşlərində ABŞ öz neytrallağını saxlamışdı”.
Politoloq onu da deyib ki, Türkiyə Rusiya yaxınlaşması Qarabağ məsləsinə müsbət təsir etmədi. Çünki, tərəflərin baxışları və maraqları Cənubi Qafqazda ortaq deyil:
“Rusiya Türkiyənin regionda mövqelərinin inkişafında maraqlı deyil. ABŞ və Türkiyə isə regionda anlaşa bilir. Hər iki ölkə Gürcüstan siyasətində eyni ssenariyə malikdir. Azərbaycan ABŞ və Türkiyənin bir araya gəlməsinə çalışmalıdır. Ən əsası, bu istiqamətdə çalışmalara başlamalıdır. Bunun nəticəsi müsbət ola bilər. Artıq ABŞ Qarabağ separatçılarına da maliyyə yardımını dayandırb. Yeni imkanlar, yeni nizam formalaşır. Azərbaycan xarici siyasətində Qarabağ məsələsində bu faktordan yararlanmalıdır”.
Anar