Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

4 ayda 845 terrorçu zərərsizləşdirilib

4 ayda 845 terrorçu zərərsizləşdirilib


Türkiyə 4 ay ərzində 845 terrorçunu zərərsizləşdirib.

Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Bildirilib ki, təkcə son bir həftədə 43 terrorçu, 1 yanvar 2024-cü ildən bu günə qədər isə isə 376-sı İraqın şimalında olmaqla 845 terrorçu zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçuların 469-u isə Suriyanın şimalında sıradan çıxarılıb.

Bundan başqa son bir həftədə 2 min 264 şübhəlinin sərhədi keçməsinin qarşısı alınıb Bundan başqa 9-u terror təşkilatı üzvü olmaqla ümumilikdə 364 şübhəli qeyri-qanuni yoldan keçməyə cəhd edərkən yaxalanıb.

Beləliklə, yanvarın 1-dən Türkiyə sərhədlərini qanunsuz keçməyə cəhd edənlərin sayı 3 min 133-ə yüksəlib. Sərhədi keçmədən bloklananların sayı 50 min 860-a çatıb.

Anar Əliyev
Xəbəri paylaş