Newscenter.az.14.05.2020. Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də fərman imzalayıb.
Fərmana əsasən, Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ilin fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsində çalışırdı.