Newscenter.az.14.05.2020. Aqrar Elm və İnnovasiya Mərkəzi yerli strukturları ilə məsafədən idarəetmə qaydalarının tətbiqini davam etdirir.
Newscenter.az xəbər verir ki, növbəti videokonfrans Baytarlıq Elmi-Tədqiqat İnstitutunun (BETİ) bölgələrdəki bazalarının rəhbərləri ilə keçirilib. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, direktor müavinləri Fərman Kərimov və Samir Süleymanov videokonfransda məsafədən onlayn rejimdə iştirak ediblər.
BETİ-nin direktoru Siyalə Rüstəmova institutun illik elmi və təsərrüfat hesabatını təqdim edib. Məlumat verilib ki, ölkədə baramaçılığın yem və elmi təminatının gücləndirilməsi məqsədilə damcı suvarma texnologiyası əsasında 10 hektarda tut bağları salınıb, süni yemin istehsalı sahəsində ilkin tədqiqat işləri başa çatdırılıb. Qeyd olunub ki, maddi-texniki bazanın gücləndirilməsi məqsədilə 67 adda laboratoriya avadanlığı alınaraq quraşdırılıb, heyvandarlıqla məşğul olan heyvandarların maarifləndirilməsi istiqamətində bir sıra addımlar atılıb.
İnstitutun Qusar və Masallı Elmi-Eksperimental Bazalarının rəhbərləri 2019-2020-ci il dövründə həyata keçirilmiş işlər barədə hesabatlarını təqdim ediblər. Bazalar tərəfindən heyvanlar arasında yayılan xəstəliklərin vaxtında aşkar olunması, onlara qarşı mübarizənin düzgün təşkili istiqamətində bir sıra elmi-tədqiqat və maarifləndirmə tədbirləri aparılıb.
Videokonfransda karantin günlərində həyata keçirilən tədbirlər də müzakirə olunub. Cari işlərin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması, fermerlər üçün məsafədən maarifləndirmə təlimlərinin daha da gücləndirilməsi və digər cari məsələlərlə bağlı tapşırıqlar verilib.
Orxan