Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu yollarda xətlənmə işləri aparılacaq



Newscenter.az.15.05.2020. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 16-26 may tarixləri arasında Zağulba prospekti, Mərdəkan şossesi və Heydər Əliyev prospektində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən verilib.

Bildirilib ki, bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Anar
Xəbəri paylaş