Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Realmadrid Fondundan idman içtimaiyyətinə dəstək



Newscenter.az.21.05.2020. Koronavirus (COVID-19) infeksiyasının bütün dünyada yayıldığı dönəmdə çoxsaylı idman içtimaiyyəti də humanist addımlardan geri qalmır və genişmiqyaslı xeyriyyəçilik tədbirlərinə böyük həvəslə qoşulur. Gənclər və İdman Nazirliyi ilk gündən qurumun bütün strukturlarında əhalinin həssas təbəqəsinə aid olan ailələrə hər cür yardım və dəstək göstərir. İki gün öncə nöbvəti, “Evda qalın, saglam olun” və “Biz birlikdə güclüyük” devizi altında yardım kampaniyası keçirilib.

Newscenter.az xəbər verir ki, 2013-cü ildən ölkəmizdə fəaliyyət göstərən və əsasən əhalinin həssas təbəqələrinin nümayənələrindən olan uşaqların cəlb olunduğu Realmadrid Fondunun Azərbaycan Sosial Futbol Məktəbinin üzvlərinə ərzaq yardımı göstərilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və məktəbin əməkdaşlarının iştirakı ilə 80-dən çox şagird və 12 nəfərdən ibarət işçi heyətinə yardım paketləri çatdırılıb.
Qeyd edək ki, Realmadrid Fondunun sosial futbol məktəbi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Fondun 2013-cü il tarixində imzalanmış “Əməkdaşlıq Müqaviləsi” çərçivəsində yaradılıb. İlk layihə uğurlu nəticə göstərdiyinə görə 2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb və məktəbin fəaliyyəti 2022-ci ilə qədər uzadılıb. Bu müddət ərzində yüzlərlə şagird futbola cəlb olunub və onlardan bəziləri hazırda peşəkar karyerasını davam etdirir.

Realmadrid Fondunun Azərbaycandakı sosial futbol məktəbi MDB məkanında birinci, Avropada 8-ci olaraq yaradılıb.
Xəbəri paylaş