Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fatma Yıldırım: "Cənab Prezident dəfələrlə qeyd edib ki,....."



Newscenter.az.30.05.2020. Mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qrup məcburi köçkünlə görüşüblər.

Newscenter.az-ın xəbərinə görə, dünyanı koronavirus pandemiyası bürüdüyü bir vaxtda Azərbaycanda belə bir sosial layihənin həyata keçirilməsini təqdir edən millət vəkili Fatma Yıldırım qeyd edib ki, bu eyni zamanda dövlətin və dövlət başçısının məcburi köçkünlərə diqqətinin bariz nümunəsidir:

"Bu gün koronavirus pandemiyasının qlobal iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ciddi zərbələrə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial layihələr uğurla davam etdirilir. Cənab Prezident dəfələrlə qeyd edib ki, pandemiyanın çətinliklərinə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq. Qaçqın və məcburi köçkünlər üçün yeni müasir tipli yaşayış kompleksinin istifadəyə verilməsi də bu siyasətin əyani göstəricisidir".

Millət vəkili qeyd edib ki, bütövlükdə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həll olunmasıdır:

"Bununla bağlı dövlətimizin başçısı tərəfindən ümumilikdə 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. "Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi də Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə qayğısının daha bir nümunəsidir".
Xəbəri paylaş