Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəki Elxan Usubov tərəfindən talan edilir, icra başçısı sakinlərə çörək vermək əvəzinə onların çörəyini kəsir-VİDEO



Newscenter.az.30.05.2020. Mayın 23-ü gecə saat 23:45-də Şəki şəhəri və kəndləri top atəşlərinin səsi ilə qorxuya düşüb. İnsanlar bu atəşin kim tərəfindən açıldığını ayırd etmək istəsədə, bu mümkün olmayıb. Vətəninfo.az xəbər verir ki, top atəşləri təxminən 1 saat davam edib.
Şəki Elxan Usubov tərəfindən talan edilir, icra başçısı sakinlərə çörək vermək əvəzinə onların çörəyini kəsir-VİDEO

Mayın 24-ü səhər bu top atəşlərinin Şəki Olimpiya Komleksinin yaxınlığından atıldığı məlum olub. Məlum olub ki, Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovun saldırdığı 300 hektarlıq meyvə bağının üzərinin buludlar aldığı üçün, doluvuran toplarla buludları dağıtmaq qərarına gəliblər. Nəticədə şəhər sakinləri uzun müddət bu atəşlərin səksəkəsi ilə yaşamalı olub. İnsanlar qorxuya düşüb. Amma bu icra başçısını deyəsən heç də maraqlandırmır. Çoxsaylı əmlakları ilə diqqət çəkən icra başçısının indi də bağ işinə girişdiyi məlum olub.

İcra başçısı hətta Şəkinin Vərəzət kəndində də 500 hektarlıq meyvə bağı saldırıb. Bir müddət öncə oliqarx icra başçısı kimi tanınan Elxan Usubovun çoxsaylı villalarının fotosu yayılmışdı. "Kanal 13″-ün yayımladığı videosüjetdə icra başçısının 5 villasının olduğu, sahibkarlardan abadlıq işi adı altında pul yığdığı iddia edilib. Bundan əlavə icra başçısının Şəkidə çörək biznesini inhisara aldığı qeyd olunub.

Xəbəri paylaş