Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə COVID-19-a yoluxanların sayı 184 mini ötdü



Newscenter.az.19.06.2020. Türkiyədə son sutka ərzində koronavirusa 1 300-dən çox yoluxma qeydə alınıb.

Newscenter.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

Nazir bildirib ki, son gün ərzində daha 21 nəfər COVID-19-dan ölüb.

“Bu gün 1 304 yoluxma qeydə alındı, virusa ümumi yoluxma 184 031 nəfərdir. Bu gün biz 21 pasiyent itirdik, ölənlərin ümumi sayı 4 882 nəfərdir.

Bu gün 1 382 nəfər sağaldı, ümumi sağalma 156 022”, - deyə nazir özününü sosial şəbəkədəki hesabında yazıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,4 milyonu ötüb. Bunların 4,4 milyondan çoxu sağalıb, 451 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Anar Tağıyev
Xəbəri paylaş