Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə Nazirliyi yanır



Newscenter.az.26.08.2020. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.

“Report”un xəbərinə görə, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsi yanır.

Nazirliyin əməkdaşları binadan təxliyə olunublar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.
Xəbəri paylaş