Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni diversantı: “Ordumuzun Azərbaycana qalib gəlmək şansı yoxdur”



Newscenter.az.26.08.2020. “Ermənistan silahlı qüvvələrinin zabiti olaraq mən Azərbaycanın işğal altında olan ərazilərində xidmətimi davam etdirmək istəməmişəm”.

Bunu avqustun 23-ü saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan videomüraciətində deyib:

“Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında bu ərazidə xidmətə cəlb edilmişəm. Törətdiyim əmələ görə peşmanlıq hissi keçirməklə yanaşı, mənim kimi Ermənistan silahlı qüvvələri tərkibində xidmət edən bir çox hərbi qulluqçuların məcburi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində xidmətə göndərildiyini bildirmək istəyirəm”.

O qeyd edib ki, saxlanıldıqdan sonra təsəvvürlərinin tam əksinə olaraq ona qarşı heç bir qeyri-insani davranış, işgəncə, təzyiq olunmayıb:

“Eyni zamanda qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm və bilik-bacarıqlarımla bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.
Xəbəri paylaş