Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvanda partlayış olub



Newscenter.az.26.08.2020. Bu gün səhər Ermənistanın paytaxtı İrəvanda yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Kanaker-Zeytun rayonunda baş vermiş partlayış binanın uçmasına səbəb olub.

İlkin xəbərlərə görə, iki nəfər yaralanıb, bir sakinin aqibəti məlum deyil, xilasetmə işləri davam etdirilir.

“Partlayış nəticəsində yaşayış binasının 12 mənzili uçub. 19 sakin dağıntılar altından çıxa bilib. Xilasedicilər dağıntılar altından daha iki nəfəri çıxarıblar. Bir sakindən taleyi məlum deyil”, – deyə Ermənistanın Fövqəladə Hallar naziri Feliks Tsoloyan bildirib.

Ermənistan Səhiyyə Nazirliyindən isə məlumat verilib ki, yaralılardan birinin vəziyyəti ağırdır. (APA)
Xəbəri paylaş