Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva, Ankara-Baki siyasi-hərbi intensivliyinə qarşi hərəkətə keçir



Newscenter.az.26.08.2020. “Rusiya-Azərbaycan arasında danışıqlar yeni mərhələyə keçib. İkitərəfli səfərlər, aparılan danışıqların məzmunu əsasən, Qarabağ məsələsi və Azərbaycanın hazırkı siyasətidir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Moskva, Ankara-Baki siyasi-hərbi intensivliyinə qarşi hərəkətə keçərək, Azərbaycana vədlər verir, regionda balansı öz lehinə dəyişməyə çalışır:

“Məhz Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıda Rusiyanın bundan sonra da Azərbaycana qarşı hər hansı bir fəaliyyəti olmayacağını vurğulaması, ikitərəfli münasibətlərdə yeni bir impuls ola bilər. Amma, Kremlin regionda şübhəli davranışları və Ermənistana silah göndərməsi, bu ölkəyə etimad etməyə zərbə vurur. Rusiyanın Azərbaycandan istədikləri var. Azərbaycan Rusiyanın istədiyi layihələrdə yer almayacaq”.

Politoloq qeyd edib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Rusiyada səfərdədir:

“Sergey Lavrovun Azərbaycan tərəfinə Qarabağ məsələsində plan təklif edəcəyi mümkündür. Danışıqların bərpası və bir neçə rayonun qaytarılması növbəti dəfə danışıqların predmeti ola bilər. Amma, Rusiyanın prosesdə səmimi olacağı şübhəlidir. Rusiya Ermənistanın Tovuz təxribatlarından sonra, Azərbaycanın 180 dərəcə siyasi vektorunu dəyişdirəcəyini gözləmirdi. Bundan əlavə, Sergey Şoyqunun Ermənistana göndərilən yüklərin tikinti materialları adlandırması gülüncdür və qeyri-səmimlikdi. S.Şoyqu desəydi ki, təyyarələrlə göndərilən silahlar Gümrüdəki 102-ci baza üçün nəzərdə tutulub, bu açıqlama həqiqətə uyğun ola bilərdi. Görünür, tikinti materialları deməklə, bir daha bu silahların Ermənistan üçün nəzərdə tutulduğunu dolayı etiraf etmiş oldu”.

Mehman
Xəbəri paylaş