Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tural Abbaslıdan Ramiz Mehdiyevin məhkəmə hədəsinə cavab: "Hikkəli akademik məhkəmədə özünü müdafiə edə biləcək təmizliyə malikdirmi?"



Newscenter.az.26.08.2020. "Ramiz Mehdiyevin məhkəməyə verməklə təhdid etdiyi partiya sədrləri sırasında mənim də adımın olması ondan xəbər verir ki, bizim haqlı tənqidlər tam hədəfə dəyib. Belə olmasaydə Boz Kardinal bizi açıq-aşkar təhdid etməzdi".

Bu fikirləri Newscenter.az-a AĞ Partiyanın sədri Tural Abbaslı AMEA prezidentinin bir sıra şəxsləri məhkəməyə verəcəyi barədə açıqlamasına münasibət bildirərkən səsləndirib. Partiya sədri qeyd edib ki, o və rəhbəri olduğu AĞ Partiya Ramiz Mehdiyevi yalnız indi tənqid etməyib:

"Bizim illərdir ki, tənqid etdiyimiz və dövlətə ziyan vurmaqda ittiham etdiyimizlərin sırasında hər zaman Ramiz Mehdiyev və onun dəstəsi olub. Bunun sübutu hazırkı mətbu orqanların arxivlərində kifayət qədər var. Bu gün R.Mehdiyev cəmiyyəti aldatmaq və özündən qurban obrazı yaratmaq üçün qeyd edir ki, dünənə qədər buna mədhiyyə deyənlər bu gün onu tənqid edir. Biz heç zaman bu siyahıda olmamışıaq və mən cənab Mehdiyevdən soruşmaq istəyirəm ki, bu gün lənətlədiyi bu yaltaqlıq sistemini onun özü qurmayıbmı?. Atalar demiş, nə tökərsən aşına, o da çıxar qaşığına. Məhkəməyə gəldikdə isə bir daha qeyd edirəm bizim uca ALLAHdan başqa kimsənin qarşısında gözü kölgəliliyimiz yoxdur. Buyursun versin məhkəməyə".

Tural Abbaslı bildirib ki, istənilən ədalətli məhkəmədə o haqlı olduğumu sübut edə bilər:

"Ancaq, mən bu hikkəli akademikdən soruşmaq istəyirəm bəs, o belə bir ədalətli məhkəmə olarsa, orada özünü müdafiə edə biləcək təmizliyə malikdirmi?".

Anar
Xəbəri paylaş