Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderlandın NextGen Futbol Akademiyasinin üzvləri Rotterdamda fəaliyyət göstərən Qarabag İdman Klubunun ofisini ziyarət ediblər



Newscenter.az.5.09.2020. Niderlandın NextGen Futbol Akademiyasinin üzvləri Rotterdamda fəaliyyət göstərən Qarabag İdman Klubunun ofisini ziyarət ediblər.

Newscenter.az-a daxil olan məlumata görə, qonaqlara Qarabag İdman Klubu haqqında ətraflı məlumat verilib. Çörüş zamanı qeyd olunub ki, gələcəkdə NextGen Futbol Akademiyasiyla-Rotterdamdakı Qarabag İdman Klubu bərabər fəaliyyət göstərəcəklər.

Akademiyanın rəhbəri Caner Yalamoglu bildirib ki, Akademiyada əsasən 6 yaşdan 15 yaşa qədər idmancılar dərs ala bilərlər. Burada məşq edən idmancıların bir coxları Niderlandın Feyenoord,Sparta,Psv,Excelsior kimi böyük futbol klublarında oynayırlar.

Akademiyanın yöneticilerinden biri Yassine Belghar qeyd edib ki, NextGen Akademiyası cox məmnuniyyətlə Qarabag İdman Klubu ilə əməkdaşlıq etmək istəyirlər. Azərbaycanlı idmancılara hər cür texniki və taktiki dərslər verərək dəstək olacaqlar.

Akdemiyanın baş məşqcisi Lukas Kok isə bildirib ki, hazırda Qarabag İdman Klubunuda 6-11 yaş arası idmancılarının arasında cox qabiliyyətli azərbaycanlı idmancılar var. Onların 3-4 il ərzində cox böyük nailiyyətlər qazanacaqlarına hec bir şübhəsi yoxdur.

Beniluks Azərbaycanlıları Konqresinin sədri, Qarabag İdman Klubunun rəhbəri Elsevər Məmmədov qeyd edib ki, artıq azərbaycanlı idmancılar cox rahat şəkildə bu akdemiyada məşq edə biləcəklər.

"Klubumuz Qarabag adını təblig etməklə yanaşı, azərbaycanlı gənclərədə düzgün istiqamət verməyədə calışır. Biz calışırıq ki, bu cür Akademiyalarla və klublarla əməkdaşlıgımızı dahada dərinləşdirək. Qonaqlar Klubumuza NextGen Akademiyasının futbol formasını hədiyyə etdilər. Bizdə qarşılıqlı olaraq gələn qonaqlarımıza Qarabag Klubu adından,Azərbaycanı təsvir edən hədiyyələr bağışladıq".
Xəbəri paylaş