Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Emin Hacıyev: "Koronavirusla mübarizədə tətbiq olunan yumşalmalar bizi daha məsuliyyətli edəcək"



Newscenter.az.9.09.2020. “Artıq pandemiya dövrünün daha çox yumşalmalar mərhələsini yaşayırıq. İstər müəyyən qaydalar çərçivəsində təhsilin başlanması, istər iaşə obyektlərinin daxilində xidmətə icazə verilməsi, istərsə də şəhər və rayonlararası gediş-gəlişin bərpa olunması və s qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev səsləndirib. O, qeyd edib ki, infeksiyanın yayılmasının qarşısının alınması bu gün hər bir insanın məsuliyyətindən daha çox asılı olacaq:

“Vəziyyətin nəzarətdə saxlanması sosial məsafənin qorunması, maskadan istifadə, təmaslardan qaçmaq, bir yerə toplaşarkən icazə verilən say həddini keçməmək kimi sadə qaydalarla müəyyən olunur. Nəzərə alaq ki, pandemiya başlayan dövrdən bu günə qədər verilən qərarlar, atılan addımlar öz səmərəsini verib. Həm yeni müalicə müəssisələrinin qurulması, həm karantin rejiminin yavaş-yavaş yumşaldılması, ümumiyyətlə bu sahədə dövlətimizin gördüyü bütün ehtiyatlılıq tədbirləri öz müsbət nəticəsini verir. Məhz əks-epidemik tədbirlərinin doğru aparılmasının nəticəsidir ki, xəstələrin sayı xeyli azalıb”.

Deputat bildirib ki, yaşadığımız çətin dövrdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhaliyə olan diqqət və qayğısını hər kəs, xüsusilə sosial baxımdan həssas qruplar daha dərindən hiss elədi:

“Növbəti yumşalma qərarı o demək deyil ki, pandemiya bitir. Yəqin ki, monitorinqlər də daha sistemli və qaçılmaz olacaq. Artıq necə deyərlər məsuliyyətimiz sağlamlığımızdır. Nə qədər məsuliyyətli olacağıqsa, koronavirusla mübarizədə o qədər güclü olacağıq”.

Anar
Xəbəri paylaş