Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda Mədəniyyət strategiyasının hazırlanması təklif olunur



Newscenter.az.17.09.2020. “Mədəniyyət sahəsi strateji bir sahədir. Biz bu sahədə fəaliyyətimizi daha da genişləndirməliyik”.

Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda Mədəniyyət strategiyası hazırlanmalıdır: “Cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrdən sonra Mədəniyyət Nazirliyində və tabeliyində olan qurumlarda vəziyyəti öyrənən, araşdıran zaman müəyyən problemlər aşkar olundu və həll yolları axtarıldı. Bu proses hələ də davam edir”.
Xəbəri paylaş