Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Doqquz ayda Energetika Nazirliyi tərəfindən 165 icazə verilib



Newscenter.az.9.10.2020. 2020-ci ilin üçüncü rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 46 icazə verilib. Bunlardan 44-ü ixrac nəzarətinə düşən malların idxalı, 2-i isə tranziti ilə bağlı olub. Hesabat dövründə 37 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Newscenter.az-a nazirlikdən bildirilib ki, ümumilikdə cari ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyi tərəfindən 165 icazə verilib ki, bunların 154-nü idxal, 7-ni ixrac, 4-nü isə tranzitlə bağlı icazələr təşkil edib. Bu dövrdə 124 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Sevinc
Xəbəri paylaş