Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədən Azərbaycana yeni qoyun növlərinin idxalına başlanılıb



Newscenter.az.9.10.2020. Türkiyədə yetişdirilən morkaraman və akkaraman adlı qoyun növlərinin Azərbaycana idxalına başlanılıb.

“Report” xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, dövlət dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində artıq, 25-i qoç və 578-i qoyun olmaqla 603 xırdabuynuzlu heyvanın Azərbaycana ixracına start verilib.

Ümumilikdə ilkin mərhələdə 6 min heyvanın ixrac edilməsi, daha sonra bu rəqəmin 20 minə çatdırılması nəzərdə tutulur.
Xəbəri paylaş