Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Istirahət günü hava necə olacaq?



Newscenter.az.10.10.2020. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə

12-15, gündüz 19-23, Bakıda gecə 12-14, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Oktyabrın 11-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin

Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.
Xəbəri paylaş